Bank Of Baku

“Bank Silk Way” aktivlərini artırıb

“Bank Silk Way” aktivlərini artırıb
# 15 yanvar 2015 14:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən il ərzində “Bank Silk Way” ASC-nin aktivləri 14,5% artaraq 232 mln. 741,4 min manata çatıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvarın 1-ə kredit portfeli 20,8% artaraq 178 mln. 782,18 min manat olub.

 

Hesabat dövründə bankın depozit portfeli 54 mln. 351,09 min manat olub ki, bu da 19,5% artım deməkdir.

 

Bankda yerləşdirilən əhalinin əmanətləri 35,5% artaraq 45 mln. 203,45 min manata çatıb.

 

İl ərzində bankın öhdəlikləri 25,5% artaraq 124 mln. 550,2 min manat təşkil edib.

 

Bankın nizamnamə kapitalı 2,1% artaraq 99 mln. 167,58 min manat, məcmu kapital 108 mln. 191,2 min manat olub.

 

“Bank Silk Way” ötən ili 2,6 mln. manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR