Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azerbaijan)” Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatı olmaq üçün quruma müraciət edib.
Bu barədə “APA-Economics”ə müsahibəsində “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev məlumat verib.
Qeyd edək ki, hazırda AİF-in müvəkkil kredit təşkilatlarının sayı 30-dur.