Bakı. Musa Əhmədov-APA-Economics. “Bank VTB (Azərbaycan)”ın “Həzi Aslanov” filialının kredit portfeli 9,4 mln. manata çatıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə bankın “Həzi Aslanov” filialının bir illik fəaliyyəti ilə bağlı yaydığı məlumatda bildirilib.
Məlumata görə, müsbət nəticələr pərakəndə müştərilərin cəlb edilməsi üzrə fəal iş ilə şərtləndirilib. Hesabat dövründə fiziki şəxslərin kredit portfeli 8,5 mln. manat təşkil edib. Korporativ kanal üçün nağd kreditlər və girovlu ipoteka kreditləri, eləcə də "Avtoekspres" məhsulu daha populyardır.
Ötən il ərzində “Bank VTB (Azərbaycan)” “Həzi Aslanov” filialının komandası korporativ müştərilərin, o cümlədən kiçik biznes subyektlərinin cəlb edilməsinə xüsusi diqqəti yetirib.