Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin aktivləri 35 907 745,58 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 61,17% çoxdur.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 65,82% artaraq 16 168 513,97 manat olub.
2014-cü ildə şirkətin cəmi gəlirləri 17 293 346,21 manat, cəmi xərcləri isə 16 681 577,91 manat təşkil edib. Şirkət ötən ili 458 550,36 manatlıq xalis mənfəətlə başa vurub.