Bank Of Baku

“Caspian Development Bank” ilk maliyyə hesabatını açıqlayıb

“Caspian  Development Bank” ilk maliyyə hesabatını açıqlayıb
# 29 mart 2015 12:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Caspian Development Bank”ın aktivlərinin həcmi 50 893,970 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,37 dəfə çoxdur.

 

Ötən il ərzində bankın nizamnamə kapitalı 50 mln. 020 min manat təşkil edib ki, bu da 4,16 dəfə artım deməkdir. Nizamnamə kapitalının 99,2%-i və ya 49 mln. 981 min manatı fiziki şəxslərin, 0,08%-i və ya 39 min manatı hüquqi şəxslərin payına düşür.

 

Qeyd edək ki, 2014-cü ili “Caspian  Development Bank” 87 min 267,17 manat zərərlə başa vurub.

 

Xatırladaq ki, bu ilin yanvar ayının 26-da  Azərbaycan Mərkəzi Bankı tərəfindən “Kövsər Bank” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR