Bakı - APA-Economics. “DəmirBank” təklif etdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və rahatlığının təmin edilməsi məqsədilə daim yeniliklər tətbiq etməkdədir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” müştərilərinə növbəsiz, heç bir zaman itkisi olmadan əmanətlərinə vəsaitlərin bankın terminalları vasitəsilə əlavə etmək imkanını yaradıb. Bunun üçün müştəri bank terminallarında PİN kod, şifrəni daxil etməklə və “Əmanət hesabına əlavə” bölməsini seçməklə, “Yığım”, “Qırmızı” və “Uşaq” əmanət hesablarına vəsaiti əlavə edə bilər.
Qeyd edək ki, “DəmirBank” müştərilərin tələblərinə uyğun müxtəlif növ əmanətlər təklif edir. “Yığım”, “Qırmızı” və “Uşaq” əmanətlərinin əsas üstünlüyü müştərinin istənilən zaman vəsaiti artırmaq imkanına malik olmasıdır. “Yığım” əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılmasına məhdudiyyət olmadığı üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. “Qırmızı” və “Uşaq”əmanətləri üzrə isə minimal mədaxil məbləği 50 AZN/USD/EUR təşkil edir.
26 illik zəngin tarixə malik “DəmirBank” Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.
Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.