Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” sahibkarlığın inkişafı üçün sahibkarlara sərfəli şərtlərlə biznes kreditləri təklif edir.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, sahibkarlar bankın istənilən filialına müraciət etməklə 100 min manatadək məbləğdə mikro və kiçik kreditlərdən yararlana bilərlər.
Qeyd edək ki, müddəti 36 ayadək olan mikro və kiçik kreditlərin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.