Bakı - APA-Economics. “DəmirBank” şirkət və təşkilatlar üçün nəzərdə tutulan “Korporativ kart” məhsulunu təqdim edib. Bu kartlardan həm şirkətin rəhbərləri, əməkdaşları, həm də ezamiyyətə gedən şəxslər istifadə edə bilər.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Korporativ kart” hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyət, nümayəndəlik xərclərində, biletlərin alınmasında, otel, vergi, rüsum, icarə haqqı və digər ödənişlərin aparılmasına imkan verən effektiv vasitədir. “Korporativ kart” xərcləmələrə detallı hesabatlıq və təhlil imkanları yaradır ki, bu da prosedurları və inzibati xərcləri azaldır.
“Korporativ kart” bir sıra üstünlüklərə malikdir: böyük həcmdə pulların daşınması, pulun itirilmə və oğurlanma riskinin azalması, itirildikdə və ya oğurlandıqda telefon vasitəsilə dərhal bloklaşdırılması, kağız sənədləşmənin həcmini və əməliyyat xərclərinin azalması, avtomatlaşdırılmış nəzarət, xərclərin asan təhlil etmə imkanı yaradır.
Bank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir.
Bankın-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.