Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın aktivləri 2015-ci il yanvarın 1-ə 327,7 mln. manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 30,2 mln. manat və ya 16,8 % artaraq 210,6 mln. manat olub.
Bankda müştəri depozitlərinin həcmi yanvarın 1-nə 166,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 51,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 33,4% çoxdur.
Bankın yanvarın 1-nə məcmu kapitalı 137,7 mln. manat təşkil edib.
Qeyd edək ki, “Expressbank” “Fitch Ratings” agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinq ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 140-dək “ExpressPay” ödəniş terminalı var.