Bank Of Baku

“Expressbank” yeni “ExpressCard” məhsulunu təqdim edib

“Expressbank” yeni “ExpressCard” məhsulunu təqdim edib
# 15 sentyabr 2014 11:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Expressbank” müştərilərə pul krediti və kredit xətti xüsusiyyətlərini cəmləşdirən “ExpressCard” kredit məhsulunu təqdim edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, pulsuz verilən kart 3 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği 5000 manat təşkil edir.

 

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman, ilk 12 ayın sonunda kredit qalığı olmazsa, növbəti 12 ay üçün kredit xətti avtomatik olaraq bərpa olunur. İlk 12 aydan sonra kredit qalığı olarsa, həmin məbləğ 500 manatdan az olduqda 6 aya, 500 manatdan çox olduqda isə 12 aya bölməklə, bərabər hissələrlə Banka qaytarılır.

 

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR