Bank Of Baku

“Expressbank”ın aktivləri 20% artıb

“Expressbank”ın aktivləri 20% artıb
# 06 may 2013 13:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 235,566 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 41,3% artaraq 119,132 mln. manata çatıb. O cümlədən istehlak kreditlərinin həcmi 29,345 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 1,5 dəfə çoxdur.

 

Eyni zamanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 3,6 dəfə azalaraq 0,590 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,0 faiz bəndi və ya 5 dəfə azalaraq 0,5%-ə çatıb.

 

Bankın depozit portfeli son bir ildə 1,3% artaraq 102,197 mln. manata çatıb. O cümlədən əhalinin əmanətlərinin həcmi 36,355 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 32,9% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 21,0% artaraq 102,114 mln. manat, o cümlədən nizamnamə kapitalı 31,0% artaraq 87,407 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 19,2% artaraq 49 567, o cümlədən fiziki şəxslərin sayı 18,8% artaraq 49 167, hüquqi şəxslərin sayı 2,1 dəfə artaraq 400 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 27 816-ə bərabər olub ki, bu da illik müqayisədə 7,6% azdır. O cümlədən debet kartların sayı 9,5% azalaraq 26 823-ə, kredit kartların sayı 1,9 dəfə artaraq 993-ə çatıb.


Hazırda bankın ölkə üzrə 15 filialı, 61 bankomatı, 256 POS-terminalı fəaliyyət göstərir. Bankın 328 işçisi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR