Bank Of Baku

“Expressbank”ın keçirdiyi “Gülə-gülə Yeni ilə” adlı fotomüsabiqə davam edir - FOTO

“Expressbank”ın keçirdiyi “Gülə-gülə Yeni ilə” adlı fotomüsabiqə davam edir - <span style="color: red;">FOTO
# 15 yanvar 2015 07:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin I mərhələsi sona çatıb və II mərhələyə start verilib.

 

I mərhələnin şərtlərinə görə, yanvarın 13-dək iştirakçılar 28 Mall ticarət mərkəzində olan “Expressbank”ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər.

 

II mərhələnin şərtlərinə görə isə, seçilən 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilir. Fotolarla bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar -

https://www.facebook.com/media/set/?set=a.874228699294117.1073741829.151990304851297&type=3

 

Yanvarın 26-dək keçiriləcək müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 manat, Visa Gold + 300 manat və Visa Classic + 100 manat təqdim olunacaq. Digər 7 iştirakçıya isə “Expressbank” adından korporativ hədiyyələr veriləcək.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 140-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR