Bank Of Baku

“ExpressPay” ödəniş terminallarına “Nar Mobile” üzrə ödəmələr əlavə olunub

“ExpressPay” ödəniş terminallarına “Nar Mobile” üzrə ödəmələr əlavə olunub
# 12 sentyabr 2014 11:33 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev-APA-Economics. ExpressPay ödəniş terminallarına “Azərfon” şirkətinin “Nar Mobile” mobil operatoru üzrə ödəmələr əlavə olunub.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq 070 və 077 ilə başlayan mobil nömrə sahiblərini balanslarını “ExpressPay” terminalları vasitəsilə artıra bilər.

 

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “Bakcell” mobil operatoru, “AzərEnerji” kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, “KATV1” və “SNTV” (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, “Data plus” və “Qlobal Networks” internet provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

 

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, internet provayderlər və sair nəzərdə tutulub.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR