Bank Of Baku

“Fitch Raitings” “ABB-Moskva”nın istiqraz buraxılışına reytinq verib

 “Fitch Raitings” “ABB-Moskva”nın istiqraz buraxılışına reytinq verib
# 29 may 2014 09:39 (UTC +04:00)

Bakı - APA-Economics. “Fitch Raitings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın (“ABB-Moskva”, ABB-nin törəmə şirkəti) buraxacağı istiqrazlara “BB EXP” uzunmüddətli reytinqini verib.

 

APA-Economics”in xəbərinə görə, bu barədə “Fitch Raitings”in saytında yer alan məlumatda qeyd olunur.

 

Agentlik həmçinin “ABB-Moskva”nın (ABB-nin törəmə şirkəti) prioritet təmin edilməmiş borcunu “BB” həddində qeydə alıb.

 

2013-cü ilin sonuna olan göstəricilərə əsasən, ABB-dəki depozitlərin həcmi məcmu öhdəliklərin 28%-ni təşkil edir. Agentlikdən bildiriblər ki, istiqrazlarla bağlı yekun reytinq bu məlumatın bir daha təsdiqlənməsindən asılı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR