Bakı – APA-Economics. Lisenziyasını bərpa edilən “Kövsərbank” nizamnamə kapitalını Azərbaycan Mərkəzi Bankın (AMB) tələbinə uyğunlaşdırmaq üçün səhm emissiyası planlaşdırır.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda 12 mln. manat nizamnamə kapitalı olan bank, AMB-nin tələbinə uyğun olaraq bu göstəricini 50 mln. manata çatdırmaq niyyətindədir.
Məlumata əsasən, bank Bakı Fond Birjasında 38 mln. manatlıq səhm emissiyasının həyata keçirəcək: “Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 19 min səhmin buraxılması nəzərdə tutulub. Səhmlərin təqribən 10 mln. manatlıq bir hissəsinin xarici investorlar tərəfindən alınacağı gözlənilir”.