Bank Of Baku

“Moody's” “VTB Bank (Azərbaycan)”a yeni reytinq verib

“Moody
# 19 yanvar 2015 07:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq reytinq agentliyi "Moody's Investors Service" "VTB Bank (Azərbaycan)"a milli və xarici valyutalarda depozitlərə “Ba3” səviyyəsində uzun müddətli reytinq verib.

 

APA-Economics” “İnterfax”a istinadən xəbər verir ki, bank  həmçinin maliyyə sabitliyi üzrə “stabil” proqnoz “E+” və depozitlər üzrə “Nor Prime” səviyyəsində qısamüddətli reytinq əldə edib.

 

Reytinq bankın 2011-2013-cü illər və 2014-cü ilin 3 rübündəki göstəricilər üzrə maliyyə hesabatlarına əsasən verilib.

 

Maliyyə sabitliyi üzrə “E+” reytinqini əldə etməsi bankın əməliyyatla bağlı maliyyə xərclərində, eləcə də kapital və maliyyə dəstəyi göstərən “VTB Qrup”a sıx inteqrasiyası ilə əsaslandırılır. Eyni zamanda, hazırda bankın kredit ödəmək qabiliyyəti neftin ucuzlaşması ilə əlaqədar mürəkkəb vəziyyətlə, ölkənin bank sektorunda “təvazökar” biznes mövqeyi, kredit portfelinin kəskin artımı ilə əlaqədar kredit riskləri və s. səbəblərdən məhdudlaşıb. Bank növbəti 3 il ərzində kredit portfelinin illik orta artımını 60% səviyyəsində proqnozlaşdırır. O cümlədən, bank Azərbaycanın 5 ən iri bankı siyahısına daxil olmağı planlaşdırır. 2014-cü ilin sonunda aktivlərin gəlirliliyi göstəricisi (ROA) 3,7%, kapitalının gəlirliliyi (ROE) 18,6% təşkil edib.

 

"Moody's" analitikləri hesab edir ki, yaxın 12-18 ay ərzində bankın reytinqi yaxşılaşmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR