Bank Of Baku

“Muğanbank” adsız istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçirib

“Muğanbank” adsız istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçirib
# 16 sentyabr 2014 07:26 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Muğanbank” ASC-nin baş ofisində sentyabr ayının 15-də adsız istiqrazlar üzrə lotereyanın 39-cu tirajının nəticələri müəyyənləşib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, istiqraz sahibləri tərəfindən tirajın gedişatının rahat izlənilməsi üçün və prosesin şəffaflığını təmin etmək məqsədi ilə tədbir “Muğanbank” ASC-nin rəsmi saytında canlı yayımlanıb.

 

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 manat, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 manatdır.

 

Tirajın nəticələri ilə “Xalq qəzeti”nin növbəti sayında, həmçinin, “Muğanbank” ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (http://www.muganbank.az/retail/bearer-bonds/list/). Həmçinin, 933 Məlumat Mərkəzinə zəng etməklə məlumat ala bilərsiniz.

 

Növbəti 40-cı tiraj 2014-cü il oktyabr ayının 30-da “Muğanbank” ASC-nin Ə. Rəcəbli 21B ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.

 

“Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçmişdir. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR