Bakı. Pərviz Nuriyev - APA-Economics. “Muğanbank” ölkə ərazisində yeni filiallar açaraq xidmət şəbəkəsini daha da genişləndirib. Bankın Bakı şəhərində “VİP” filialı, Şamaxı və Ağcəbədi şəhərlərində isə daha iki yeni filialı fəaliyyətə başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “VİP” filial Bakı şəhəri H.Seyidzadə küçəsi 35/37 ünvanında yerləşir və müştərilərə hər növ bank xidmətləri təqdim edir. Şamaxı şəhəri, H.Əliyev küçəsində yerləşən Şamaxı filialı və Ağcəbədi şəhəri, Nəsimi küçəsində yerləşən Ağcəbədi filialı isə həmin regionda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.
Qeyd edək ki, 2014-cü ilin I yarısında bankın ölkə üzrə 9 yeni filialı və 1 şöbəsi fəaliyyətə başlayıb.