Bakı. Musa Əhmədov – APA-Economics. Bakı Fond Birjasında (BFB) "Parabank" ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 100 000 ədəd, emissiyanın ümumi həcmi isə 20 mln. manat təşkil edir.
Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edir.
Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 2,2 dəfə artaraq 29 mln. 266,4 min manata çatacaq.