Bank Of Baku

“PAŞA Həyat” tələbələr üçün 50-ci təlimini keçib

“PAŞA Həyat” tələbələr üçün 50-ci təlimini keçib
# 30 aprel 2015 09:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində bu ilin aprel ayının 22-24-də “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti təlimini təşkil edib.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müxtəlif universitetlərdən dəvət olunmuş təlimdə 30-a yaxın tələbə iştirak edib. Təlim zamanı tələbələr sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar əldə edib.

 

Təlimin sonunda Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov “PAŞA Həyat”ın fəxri qonağı qismində iştirakçılara müvafiq sertifikatlar təqdim edib. O. Bayramov təlim iştirakçılarını təbrik edib və sığorta sektorunun perspektivli bir sahə olduğunu, həmçinin bu sahədə savadlı gənc kadrlara ehtiyac olduğunu vurğulayıb.

 

Daha sonra, “PAŞA Həyat”ın Strateji inkişaf və marketinq departamentinin direktoru İsrail Qarayev rəhbərlik adından bütün iştirakçıları təbrik edərək onlara təlimlərə maraq göstərdiklərinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, bu təlim “PAŞA Həyat”ın sayca müvafiq layihə başlandığı andan təşkil olunan 50-ci təlimdir. Bu günə qədər təşkil olunmuş təlimlərə 1000 nəfərdən çox iştirakçı qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR