Bank Of Baku

“PAŞA Həyat Sığorta” informasiya reytinqində liderliyə yüksəlib

“PAŞA Həyat Sığorta” informasiya reytinqində liderliyə yüksəlib
# 06 may 2013 10:23 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın “Media Consulting and Services” araşdırma şirkəti tərəfindən cari ilin aprel ayı üzrə aparılan media monitorinq nəticəsində ölkənin dinamik inkişaf edən, həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC informasiya reytinqi üzrə sığorta şirkətləri sırasında lider olub.

 

“PAŞA Həyat Sığorta”dan “APA-Economics”ə verilən məlumata görə, informasiya reytinqi üzrə aparılan araşdırma ölkədə fəaliyyət göstərən 28 sığorta şirkəti və bir təkrarsığorta şirkətini əhatə edib.

 

Bildirilir ki, “PAŞA Həyat Sığorta” ASC 60 ballıq göstərici ilə ilk yeri tutub. Monitorinqin nəticəsi ilə bağlı hazırlanan reytinq hesabatında qeyd olunur ki, “PAŞA Həyat Sığorta” ASC ilə bağlı yayılan məlumatlar və press-relizlər ölkənin 4 aparıcı qəzetində, 12 öncül informasiya agentliyi və portallarında dərc olunub. Hesabatda həmçinin “PAŞA Həyat”la bağlı neqativ xarakterli məlumatların dərc olunmadığı da əksini tapıb.


Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Bu ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR