Bank Of Baku

“Rabitəbank” 21 yaşını qeyd edir

“Rabitəbank” 21 yaşını qeyd edir
# 30 iyun 2014 07:58 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün “Rabitəbank” 21 illiyini qeyd edir.

 

1993-cü ildə əsası qoyulan bank hazırda ölkənin aparıcı banklardan biridir. Bankın müştəriləri istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir.

 

Fəaliyyətinin 21-ci ilində “Rabitəbank” inkişafının yeni mərhələsinə qədəm qoyub. 22 filial və 2 şöbə vasitəsi ilə bank Bakı və 16 regionu əhatə edib.

 

Hazırda bankın 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkar heyəti 50 minə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir.

 

Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı bankın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. İnkişaf maliyyə fondları ilə yanaşı, bank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq “Standard&Poor’s” reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılan araşdırmanın nəticələrinə əsasən “Rabitəbank” Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilib.

 

“Ekonomist” jurnalının şəffaflıq reytinqində isə bank ölkənin ən şəffaf bankı adına layiq görülüb.

 

Bankın səhmdarlarının, rəhbərliyi və bütün əməkdaşlarının qarşısında duran əsas hədəf orta və kiçik biznes və əhalini operativ və keyfiyyətli bank xidmətləri ilə təmin etmək, müştərilərinin maliyyə xidmətlərində tələbatını ödəməklə Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR