“Rabitəbank” ASC nizamnamə kapitalını kəskin artırır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə “Rabitəbank”ın ASC tərəfindən hər birinin nominal dəyəri 20,29 manat olan 21 mln. 185 min manat məbləğində 1 mln. 44 min 119 ədəd adi səhmləri emissiya ediləcək.
Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 21,185 mln. manat və ya 23,94% artırılaraq 109,685 mln. manata yüksələcək.
Qeyd edək ki, 2017-ciilin sonuna bankın nizamnamə kapitalı 88,500 mln. manat olub.