“Azərbaycanda iqtisadi risk meylləri stabildir, çünki əsas makroiqtisadi göstəricilər sabitləşib”.
“APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Agentliyin mütəxəssisləri hesab edir ki, maliyyə sistemini nisbətən zəif olmasına baxmayaraq, iqtisadi inkişafla birlikdə bu vəziyyət də bərpa olunacaq. “Düşünürük ki, Azərbaycan iqtisadiyyatı hələ də banklardan asılı vəziyyətdədir. Bu özünü bankların balans hesabatında kredit xərcləri və vaxtı keçmiş kreditlərin həcmindəki artımla göstərir. Bank sektorunda kreditləşmənin 2018-ci ildə daha da pisləşəcəyini proqnozlaşdırırıq. Bu il restrukturizasiya olunmuş kreditlər də daxil olmaqla, vaxtı keçmiş kreditlərin həcmi ümumi bank sektorunun kreditlərinin 23%-25%-ni təşkil edəcək. Restrukturizasiya olunmuş kreditlər bu həcmin üçdə bir hissəsini təşkil edəcək,” – deyə məlumatda qeyd olunub.
Hesabat müəllifləri hesab edir ki, son iki ildə manatın devalvasiyası bankların aktivləri ilə öhdəlikləri arasında uzunmüddətli məzənnə uyğunsuzluğuna gətirib çıxarıb: “Buna səbəb əhalinin əmanətlərində xarici valyutanın payının sürətlə artaraq 70%-ə yüksəlib. buna baxmayaraq, 2017-ci ildə bu rəqəm 65%-ə enib. Düşünürük ki, məzənnə uyğunsuzluğu hələ də yüksək risk olaraq qalır”.