Bank Of Baku

“TuranBank” xaricdən kredit cəlb edib

“TuranBank” xaricdən kredit cəlb edib
# 16 sentyabr 2014 11:10 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “TuranBank” və Almaniyanın maliyyə institutu “IIV Mikrofinanzfonds” (Frankfurt Maliyyə və Menecment Məktəbinin törəmə qurumu olan Frankfurt Maliyyə Xidmətləri Məktəbi tərəfindən tövsiyə olunub) arasında bankın mikromaliyyə portfelini genişləndimək məqsədi ilə 4 il müddətinə 5 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb.

 

Bankdan “APA-Economnics”ə verilən məlumata görə, Almaniyada yerləşən qurum ixtisaslaşmış mikromaliyyə investisiya fondu olaraq Alman qanunvericiliyinə əsasən təsis edilib və fəaliyyət göstərir.

 

Vəsaitin verilməsi Bank im Bistum Essen tərəfindən həyata keçiriləcək.

 

IIV Mikrofinanzfonds Almaniyada səhmləri açıq satış üçün qeydiyyatdan keçmiş ilk birgə mikromaliyyə fondudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR