Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC-nin “ALBALI” kartı ilə martın 20-dən 26-dək alış-veriş edənlər 500-dən artıq partnyor mağazada 3 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində 3 və daha uzun müddətli ödənişlərə əlavə olaraq 3 aylıq taksit imkanı da bank tərəfindən təqdim ediləcək. Yəni 3 taksitlilər üçün ödəniş müddəti 6 ay, 6 taksitlilər üçün 9 ay olacaq. Əlavə 3 taksitə görə malın qiymətində də heç bir dəyişiklik olmayacaq.
“Unibank”ın “ALBALI” kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. “ALBALI” kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı yüzlərlə mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. “ALBALI” kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, “Unibank”ın partnyor-mağazasından 120 manatlıq alış-veriş ediləndə mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, hər ay cəmi 10 manat ödənilir. Ödənişi “Unibank”ın istənilən filialındakı “Cash-in” terminallarının vasitəsi ilə aparmaq mümkündür. Müştərilər “ALBALI” kartı “Unibank”ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər.
Qeyd edək ki, 3 il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən “ALBALI” kartı bankomat vasitəsilə 200 manatadək nağd pul almağı da mümkün edir. “ALBALI” kartı sifariş etmək üçün online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.