Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC-nin “ALBALI” kart sahibləri mayın 20-dən başlayan və 28-dək davam edən “AIBALI” şopinq festivalı çərçivəsində “28 MALL” ticarət mərkəzindəki “Zara”, “Mango”, “İdeal”, “Romantic” və digər partnyor mağazalarda etdikləri bütün alış-verişlərdə, əlavə 3 ay taksit ilə ödəmə imkanı qazanacaqlar.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, mağaza tərəfindən “ALBALI” kartla dəyəri 6 aya ödənilən məhsul üçün əlavə 3 aylıq taksit də “Unibank” tərəfindən hədiyyə edilir.
Bundan başqa, “Unibank”ın “28 MALL”dakı seçilmiş partnyor mağazalarından “ALBALI” kartla ödəniş edənlərə müxtəlif endirimlər ediləcək, hədiyyələr veriləcək. Bir sözlə, festivala qatılan hər kəs hədiyyə qazanacaq.
Qeyd edək ki, “ALBALI” kart qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. “ALBALI” kart tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. “ALBALI” kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi “Unibank”ın istənilən filialındakı “Cash-in” terminallarının köməyi ilə və ya www.unibank.az saytında onlayn aparmaq mümkündür.
Müştərilər “ALBALI” kartı “Unibank”ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər.
Qeyd edək ki, 3 il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən “ALBALI” kart bankomat vasitəsilə 200 manatadək nağd pul almağı da mümkün edir. Kartı əldə etmək üçün online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.