Bank Of Baku

“Unibank” müştərilərindən ödəniş zamanı mübadilə haqqı tutulmayacaq - FOTO

“Unibank” müştərilərindən ödəniş zamanı mübadilə haqqı tutulmayacaq - <span style="color: red;">FOTO
# 13 iyun 2013 14:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. “Unibank”ın müştərilərindən artıq ABŞ dolları ilə götürdükləri kreditlər üçün bankın “Cash-in”lərində, onlayn vasitəsilə, eləcə də “Milli Ön” ödəniş terminallarında ödəniş zamanı mübadilə haqqı tutulmayacaq.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı mübadilə haqqı olaraq vəsaitin 0,5%-i tutulurdu.

 

“Unibank” müştəriləri üçün kredit ödənişini və sifarişini daha da asanlaşdırıb. Artıq  filiallara gəlmədən, “Milli Ön”  ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etmək mümkündür.

 

Bank müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə, eləcə də bankomatlar və “Cash-in” aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. “Unibank” müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/   saytına daxil olmaqla, onlayn kredit ödənişi  və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını “Unibankın” ATM-də qeydiyyata daxil edərək, “Unibank”da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. “İnfoUnibank” mobil əlavəsinə malik “iPhone” və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənişini həyata keçirə bilərlər. “Unibank”ın “Cash-in” aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın “facebook” səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR