Bakı - APA-Economics. Bir il əvvəl “Unibank” yeni bir məhsulunu müştərilərin ixtiyarına verib və bununla da Azərbaycan “Forex” məkanında yeni bir “Forex” brendinin təməli qoyulub.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, qısa müddətə müştərilərin etibarını qazanan “Uniforex” bir il ərzində müxtəlif yenilikləri ilə müştərilərini sevindirib.
Ötən bir ildə “Uniforex” tərəfindən Azərbaycan “Forex” məkanında ilk dəfə “Forex” 24/7 xidməti, İnternet Banking, plastik kartlarla əməliyyatlar, bonus kampaniyaları, ödənişsiz seminarlar və digər yeniliklər təqdim edilib.
İlk aylarında artıq 100-cü müştərisini qəbul edən və aylıq ticarət həcmini 350 mln. dollara qaldıran “Uniforex”ə müştərilərinin inam və etibarı hər gün daha da artmaqdadır. “Forex” ticarətində əsas amillərdən biri ticarət platformasıdır ki, burda da “Unibank” (MT4 ticarət platforması) Trading Station 100-dən artıq valyuta növləri, qiymətli metallar, neft, CFD və başqa məhsulları özündə cəmləşdirir.
“Unibank”ın “Uniforex” xidmətinin 1 il münasibətilə müştərilərini hədiyyələr gözləyir. İyul ayının 20-dək açılan “Forex” hesabların hər birinə “MasterCard Forex” plastik kartı və hesab növündən asılı olaraq 10%-lik bonus kampaniyası hədiyyə ediləcək.