Bank Of Baku

“Unibank”ın müştəriləri banka gəlmədən kreditlərini ödəyə bilər

“Unibank”ın müştəriləri banka gəlmədən kreditlərini ödəyə bilər
# 08 may 2013 10:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC-nin müştəriləri kreditlərini bank filiallarına gəlmədən ödəyə bilirlər.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər banka gəlmədən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi sistemindən istifadə edərək, bankda olan hər hansı kreditini ödəyə bilirlər.

 

Ödəniş mexanizmi çox sadədir. Müştəri saytın onlayn ödəniş bölməsi hissəsinə daxil olaraq, şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilənin nömrəsini daxil edib “GÖSTƏR” düyməsini basır. Müqavilə nömrəsi həm ödəniş planında, həm də müştəriyə təqdim edilən müqavilədə əks olunur. Növbəti səhifədə müştərinin bankda olan bütün kredit borcları göstərilir. Müştəri ödəmək istədiyi kreditin yanındakı “ÖDƏ” düyməsini aktivləşdirir. Bundan sonra ödəniş səhifəsində ödəmək istədiyi məbləği və plastik kartın detallarını daxil edərək kreditini ödəmiş olur. Ödənişin təsdiqi barədə müştəriyə təşəkkür mesajı göstərilir və telefonuna qısa mesaj göndərilir.

 

Bundan başqa, “Unibank” ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri kartını “Unibank”ın ATM-də qeydiyyata  daxil edərək, “Unibank”da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.

 

Bankın məlumatında deyilir ki, “iPhone” sahibləri də kreditlərini banka gəlmədən, istədikləri yerdə ödəyə bilərlər. Bunun üçün “İnfoUnibank” mobil əlavəsini telefona yükləmək kifayətdir. “Unibank” müvafiq proqrama malik “Android” platformasında olan smartfon və planşet sahibləri üçün də kredit ödənişini mümkün edib. Əlavə olaraq “Unibankın” “Cash-in” aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR