Bank Of Baku

“Unibank”ın müştəriləri kreditlərini “Azərpoçt”un şöbələrində ödəyə bilər

“Unibank”ın müştəriləri kreditlərini “Azərpoçt”un şöbələrində ödəyə bilər
# 14 iyun 2013 16:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Artıq “Unibank” müştəriləri kreditlərini Azərbaycanın istənilən bölgəsində ödəyə biləcəklər, bunun üçün bankın filialına gəlməyə ehtiyac yoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank” ASC ilə “Azərpoçt” MMC arasında əldə olunan razılaşmaya əsasən,  “Unibank”ın müştəriləri mərkəzi poçtun bütün paytaxt və bölgə şöbələrində kreditlərini ödəyə biləcəklər.

 

Poçt şöbələrində ödəniş üçün 1% komissiya tutulur. “Unibank” müştəriləri üçün kredit ödənişini və sifarişini daha da asanlaşdırıb. Artıq filiallara gəlmədən, “Milli Ön” ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etmək mümkündür.

 

Bank müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. “Unibank” müştəriləri evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını “Unibank”ın ATM-də qeydiyyata  daxil edərək, “Unibank”da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb.

 

“İnfoUnibank” mobil əlavəsinə malik  iPhone və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. “Unibank”ın Cash-in aparatlarının köməyi ilə  hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın “Facebook” səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR