Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Accessbank» QSC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 560,352 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 43,2% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 45,3% artaraq 455,658 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 50,031 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 52,4% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 17,0% artaraq 3,908 mln. manata çatıb, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,2 faiz bəndi azalaraq 0,9%-ə düşüb.
Bankın depozit portfeli son bir ildə 17,5% artaraq 150,391 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 103,877 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,2% azdır.
Son bir ildə bankın məcmu kapitalı 10,8% artaraq 101,068 mln. manat, o cümlədən nizamnamə kapitalı 25,4% artaraq 85,000 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 36 filialı fəaliyyət göstərir. Bankın 1 554 işçisi var.