Bank Of Baku

«AGBank» məcmu kapitalını artırır

«AGBank» məcmu kapitalını artırır
# 22 may 2013 08:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın gələcəkdə Azərbaycanın «AGBank» ASC 5 mln. manat həcmində subordinasiya krediti cəlb edəcək.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, sözügedən kredit «AGBank»ın məcmu kapitalının artırılmasına yönəldiləcək ki, bunun nəticəsində bankın məcmu kapitalı 50 mln. manata çatdırılacaq.

 

«Artıq bununla bağlı səhmdarlar tərəfindən qərar qəbul olunub və bankın İdarə Heyəti məsələ ilə bağlı Mərkəzi Banka müraciət edib», - deyə «AGBank»dan bildirilib.

 

Qeyd edək ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin aprelin əvvəlinə bankın aktivləri 373,769 mln. manat, kredit portfeli 272,146 mln. manat, depozit portfeli 221,006 mln. manat, məcmu kapitalı 43,894 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manat təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR