Bakı – APA-Economics. Azərbaycanın «Unibank» ASC «ALBALI» kartlarının sahibləri üçün şəxsi kabinet yaradıb (www.onlineservices.unibank.az/AlbaliInfo/index.jsp).
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ «ALBALI» kartındakı son səkkiz rəqəmi və verilən gizli şifrəni daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər. Əvvəlki ödənişlərindən və gələcək ödəmələrindən məlumatlı olan «ALBALI» sahibləri, hesablarındakı bonusların həcmini də öyrənə biləcəklər.
«Unibank»ın «ALBALI» kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında daha çox tələbat duyulan kart məhsuluna çevrilib. «ALBALI» kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq tərəfdaş mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. «ALBALI» kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi «Unibank»ın istənilən filialındakı «cash-in» terminallarında, «MilliÖn» mənətəqələrində, www.unibank.az və www.hesab.az saytında aparmaq mümkündür.
Müştərilər «ALBALI» kartı «Unibank»ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər: 3 il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən kart, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. «ALBALI» kartı əldə etmək üçün online sifariş anketini doldurmaq və ya potensial müştəriyə ən yaxın olan filiala yaxınlaşmaq olar. Sifariş anketini www.albali.az/sifarish-et/ ünvanından doldurmaq mümkündür.