Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Amrahbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 105,240 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,8% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 47,2% artaraq 83,920 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 46,836 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 37,2% çoxdur.
Bankın depozit portfeli son bir ildə 9,3% artaraq 30,229 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 44,824 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 14,6% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 29,1% artaraq 27,530 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,7% artaraq 17,256 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 32,7% artaraq 42 154, o cümlədən fiziki şəxslərin sayı 39,2% artaraq 40 508, hüquqi şəxslərin sayı 38,9% azalaraq 1 646 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 3 931-ə bərabər olub ki, bu da illik müqayisədə 1,5% çoxdur. O cümlədən, debet kartların sayı 12,7% azalaraq 3 071-ə, kredit kartların sayı 2,4 dəfə artaraq 860-a çatıb.
Hazırda bankın ölkə üzrə 19 filialı, 22 bankomatı, 595 POS-terminalı fəaliyyət göstərir. Bankın 359 işçisi var.