Bank Of Baku

«Aqrarkredit» nizamnamə kapitalını artırır

«Aqrarkredit» nizamnamə kapitalını artırır
# 10 may 2013 08:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Aqrarkredit» bank olmayan kredit təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 119 175 ədəd, emissiyanın ümumi həcmi isə 119 175 manat təşkil edir.

 

Birja mütəxəssislərinin fikrincə, «Aqrarkredit» QSC-nin səhmlərinin yerləşdirilməsinə yaxın vaxtlarda başlanacaq. Yerləşdirmə başa çatdıqdan sonra, şirkətin nizamnamə kapitalı 0,6% artaraq 18 654 600 manata çatacaq.

 

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» QSC 2001-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 18 535 425 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR