Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 82,789 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,2% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 44,0% artaraq 56,039 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 20,476 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 17,8% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 1,5 dəfə artaraq 4,226 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,3 faiz bəndi artaraq 7,5%-ə çatıb.
Bankın depozit portfeli son bir ildə 14,1% azalaraq 28,086 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 18,700 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 14,7% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 5,3% artaraq 13,901 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,2% artaraq 12,243 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 19,7% artaraq 29 829, o cümlədən fiziki şəxslərin sayı 20,9% artaraq 28 869, hüquqi şəxslərin sayı 3,9% azalaraq 960 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 3 017-yə bərabər olub ki, bu da illik müqayisədə 21,1% çoxdur. O cümlədən, debet kartların sayı 13,0% artaraq 1 976-ya, kredit kartların sayı 39,9% artaraq 1 041-ə çatıb.
Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı, 43 POS-terminalı fəaliyyət göstərir. Bankın 135 işçisi var.