Bakı – APA-Economics. Qafqaz Universitetində «Bank of Baku» ASC-nin «Maliyyə və mühasibat uçotu laboratoriyası»nın rəsmi açılışı olub. Laboratoriya bankın dəstəyi ilə istifadəyə verilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank və universitet rəhbərliyinin qatıldığı açılış mərasimində tələbə və müəllimlər də iştirak ediblər.
Tədbirdə «Bank of Baku»nun İdarə Heyətinin sədri Fərid Hüseynov müasir dünyada təhsilin mühüm rolundan danışaraq laboratoriyadan müəllim, mütəxəssis və tələbələrin səmərəli istifadə edəcəklərinə əminliyini vurğulayıb.
Öz növbəsində Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən söz açıb.
Laboratoriya müasir avadanlıq, həmçinin ACCA,
Qeyd edək ki, «Bank of Baku» ilə Qafqaz Universiteti arasında ötən ilin noyabr ayında əməkdaşlıq sazişi imzalanıb. Sənədin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Müqavilə çərçivəsində hazırda Universitetdə tədris alan 11 tələbəyə bank tərəfindən aylıq stipendiya ayrılıb.