Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC tezliklə «Dostunu tapşır, kredit alsın» adlı yeni bir proqramına start verəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, proqram çərçivəsində «Bank of Baku»nun «Dostlar klubu»nun üzvləri öz yaxınlarına yalnız şəxsiyyət vəsiqəsi ilə 3 000 manatadək kredit almalarına imkan yaratmış olacaqlar.
Proqramda «Dostlar klubu»nun üzvləri tövsiyə edən, bankdan istehlak kreditləri (nağd kredit, kredit xətti, avtomobil kreditləri daxil olmaqla) almamış şəxslər və ya son 24 ay və daha artıq müddət ərzində aktiv krediti olmayan təkrar müştərilər isə tövsiyə edilən tərəf qismində iştirak edə bilər.
«Dostlar klubu»nun üzvü bu kampaniyadan əlavə bonuslar, bankın ona etibarı və yaxınlarına dəstək əldə edirlər. Kredit almaq istəyən şəxsin bu kampaniyadan işdən arayış tələb edilmədən tək şəxsiyyət vəsiqəsi ilə 3 000 manatadək kredit, gələcəkdə «Dostlar klubu»na üzv olub güzəştlərdən faydalanmaq imkanı qazanacaq.
«Dostlar klubu» üzvlüyünün endirimli komissiya haqqı, arayışsız və sərfəli faiz ilə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və s. üstünlükləri var.
«Dostunu tapşır, kredit alsın» proqramının təşviqi məqsədi ilə yaxın zamanda «Bank of Baku» ASC «Facebook» sosial şəbəkəsində xüsusi yarışa start verəcək. Yarışda iştirak etmək üçün «Facebook»a daxil olub iştirakçı öz fotosunu çəkib və yaxud yükləyərək daha çox «like» toplamalıdır. Yarış üç həftə davam edəcək və sonda üç nəfər qalib şəxs mükafatlandırılacaq.
«Dostunu tapşır, kredit alsın» adlı proqramın işə düşməsinə dair yaxın günlərdə ətraflı məlumat veriləcək. Qeyd edək ki, 2011-ci ildə təsis edilən «Dostlar klubu» müştərilərin böyük marağı ilə qarşılanıb və qısa müddət ərzində artıq 90 minə yaxın şəxs kluba qoşulub.
«Dostunu tapşır, kredit alsın» proqramı barədə www.bankofbaku.com/az/dostlar-klubu/dostunu-tapsir-kredit-alsin.html saytında daha ətraflı tanış olmaq mümkündür.