Bakı - APA-Economics. Azərbaycanın tanınmış parfümeriya və kosmetika brendlərinin satışı ilə məşğul olan «Sabina» mağazalar şəbəkəsindən içərisində «Bolkart» yerləşdirilmiş «Box’ça» qutularını əldə etmək mümkündür. «Bank of Baku»dan «APA-Economics»ə verilən məlumata görə, bu, nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə, «Bank of Baku» ilə «Sabina Parfümeriya və Kosmetika» mağazalar şəbəkəsi arasında əldə edilmiş razılaşma çərçivəsində baş tutur.
Əldə edilən xüsusi qutularda aktiv olmayan «Bolkart» ödəniş kartı, kartların aktivləşdirilmə şərtləri və kartı aktivləşdirmək üçün bank filiallarının ünvanları yerləşdirilib. «Sabina» mağazalar şəbəkəsinə məxsus endirim kartı alan şəxslər «Box’ça» qutusuna pulsuz yiyələnəcək.
«Box’ça»nı «Səbət market», «Bolmart», «Bizim Market», «Fresco», «Computex», «Makro Market» mağazalarında əldə etmək mümkündür. Hər ay yerli mağaza və ticarət obyektlərində 2000-dən çox «Box’ça» satılır.
Xatırladaq ki, «Box’ça» layihəsi çərçivəsində verilən «Bolkart» ilə şəhərin tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 110 minə yaxın vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün «Bolkart»dan istifadə edir.
«Bank of Baku»nun «Box’ça» layihəsi ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.