Bakı – APA-Economics. «Bank of Baku» ASC və «İdeal Perfumery&Cosmetics» şirkəti «Bolkart» və «İdeal» kart sahibləri üçün kampaniyaya start verir.
«Bank of Baku»dan «APA-Economics»ə verilən məlumata görə, iyunun 20-dən 30-dək keçiriləcək kampaniya çərçivəsində «İdeal» mağazalar şəbəkəsində 100 manatlıq alış-veriş edən hər kart sahibi iki qazanc əldə edəcək – 20 manatlıq hədiyyə kuponu və əlavə 3 aylıq ödəniş fürsəti, yəni alınmış malın dəyərini standart 6 aya deyil, 9 aya ödəmək mümkündür.
Beləliklə, hər bir «Bolkart» və «İdeal» kart sahibi «Bvlgari», «Cartier», «Dolce&Gabbana», «Dior», «Givenchy», «Kenzo» və digər tanınmış parfümeriya və kosmetika məhsullarını əldə edə bilər.
Azərbaycanın geniş yayılmış kredit kartı olan «Bolkart»la bu gün Azərbaycanın 1 000-dən çox mağaza və ticarət mərkəzində alış-veriş edib, məhsulun dəyərini bərabər hissələrlə 1, 3, 6 və 12 aya ödəmək olar. «MasterCard» loqolu «Bolkart»la artıq həm xaricdə, həm də onlayn qaydada alış-veriş etmək mümkündür. «Bolkart»ı həm online rejimdə (www.bolkart.az), həm də «Bank of Baku»nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.
«Bank of Baku» və «İdeal Perfumery&Cosmetics» şirkətinin kobrend kartı olan «İdeal» kartı ilə on minlərlə şəxs müasir parfümeriya məhsullarını əldə edir.