Bakı – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC biznes kreditləri alan müştərilərə güzəştlər paketini təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq kiçik biznes kreditləri alan müştərilər də bankın «Dostlar klubu»na qəbul ediləcək.
Beləliklə, bundan sonra yalnız istehlak krediti almış şəxslər deyil, eyni zamanda kiçik biznes və peşə kreditləri almış müştərilər də «Dostlar klubuna» üzv olacaq. Kluba üzvlük bu müştərilərə bir sıra güzəşt və endirimlərdən faydalanmaq, o cümlədən, komissiya haqqı olmadan arayışsız və sərfəli faizlə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və s. imkanı verəcək. Beləliklə, kiçik biznes krediti almış şəxs bankın məhsul və xidmətlərindən güzəştli əsaslarla faydalana biləcək və ona müvafiq kateqoriyalı plastik kart veriləcək.
Kiçik biznes kreditinin müddəti 3 il olmaqla, faiz dərəcəsi isə 25%-dən (FİFD 26%-dan) başlayır. Kreditin məbləği isə 30 min ABŞ dollarına qədərdir.
«Bu günə kimi «Bank of Baku» on minlərlə ölkə vətəndaşına yüz milyonlarla dollar məbləğində biznes kreditləri ayırıb. «Bank of Baku»nun biznes kredit proqramları sərfəli şərtləri və rəqabət qabiliyyəti ilə seçilir. Özünün kiçik biznesini qurmaq və canlandırmaq istəyən hər bir şəxs «Bank of Baku»ya müraciət edə bilər», - deyə bankdan bildirilib.
Uzunmüddətli müştərilər üçün 2011-ci ildə təsis edilən «Dostlar klubu» isə istehlakçıların böyük marağı ilə qarşılanıb və qısa müddət ərzində artıq 90 minə yaxın şəxs kluba qoşulub. Klub üzvləri topladıqları bonuslar sayəsində güzəştli komissiya haqqı ilə arayışsız və sərfəli faizlə 10 min manata qədər kredit alır, plastik kartlarında təcili kredit xətti, həmçinin telefonlarına pulsuz mobil danışıq balansı yükləmiş olurlar.
Yaxın zamanlarda bankın digər xidmətlərindən istifadə edən müştərilər də «Dostlar klubu»na qoşulmaq imkanı əldə edəcəklər.
Biznes kreditləri haqqında 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku səhifəsindən daha ətraflı məlumat almaq olar.