Bank Of Baku

«Bank Standard»ın aktivləri son bir ildə 21% artıb

«Bank Standard»ın aktivləri son bir ildə 21% artıb
# 27 may 2013 14:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 876,894 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 42,9% artaraq 626,856 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 140,893 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 49,4% çoxdur.

 

Bankın depozit portfeli son bir ildə 23,6% artaraq 577,621 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 20,4% artaraq 484,121 mln. manat təşkil edib. Son bir ildə bankın nizamnamə kapitalı dəyişməyib və 75,000 mln. manat səviyyəsində qalıb.

 

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 28,5% artaraq 184 204, o cümlədən fiziki şəxslərin sayı 28,9% artaraq 180 814, hüquqi şəxslərin sayı 12,3% artaraq 3 390 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 45 555-ə bərabər olub ki, bu da illik müqayisədə 29,2% çoxdur. O cümlədən, debet kartların sayı 23,5% artaraq 27 911-ə, kredit kartların sayı 39,7% artaraq 17 644-ə çatıb.


Hazırda bankın ölkə üzrə 14 filialı, 147 bankomatı, 1 833 POS-terminalı fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR