Bakı - APA-Economics. «Bolkart» sahiblərinin rahatlığını təmin etmək məqsədilə «Bank of Baku» ASC «Bolkart» şəbəkəsində pulsuz SMS məlumatlandırma xidmətinin tətbiqinə başlayıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu xidmət sayəsində hər bir «Bolkart» sahibi alış-veriş etdikdə bu barədə onun mobil telefonuna icmarıc daxil olacaq.
Bu xidmətin aşağıdakı üstünlükləri var:
1. Hər alış veriş etdikdə, «Bolkart» sahibinin mobil telefonuna alış-veriş etdiyi ticarət subyektinin adı, alış veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur;
2. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur;
3. Bolkart sahibi kartdakı məbləğə nəzarət imkanı qazanır.
Beləliklə, bununla belə hər bir «Bolkart» sahibi kartdakı balansı barədə bankdan operativ məlumat alacaq.
Bu gün artıq 100 minə yaxın Azərbaycan vətəndaşı «Bolkart»dan gündəlik istifadə edir. Kartı birbaşa banka gəlməklə və ya onlayn qaydada sifariş etmək olar: www.bolkart.az.