Bank Of Baku

«Finca Azerbaijan» iri istiqraz emissiyasına hazırlaşır

«Finca Azerbaijan» iri istiqraz emissiyasına hazırlaşır
# 19 iyun 2013 14:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qeyri-bank kredit təşkilatı olan «Finca Azerbaijan» MMC-nin faizli sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Sözügedən qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

 

Xatırladaq ki, «Finca Mikro-Finance Holding»in («Finca International», ABŞ) törəmə şirkəti olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR