Bank Of Baku

«Fitch Ratings» agentliyi daha bir Azərbaycan bankının reytinqini təsdiqləyib

«Fitch Ratings» agentliyi daha bir Azərbaycan bankının reytinqini təsdiqləyib
# 17 may 2013 13:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Bank Technique» ASC-nin uzunmüddətli reytinqini «CC» səviyyəsində təsdiqləyib, bankın dayanıqlığı reytinqini isə «f»-dən «cc» səviyyəsinə kimi yüksəldib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin məlumatında deyilir.

 

Məlumata əsasən, reytinqin təsdiqlənməsi bankın balansında böyük həcmdə ehtiyatlarla təmin edilməmiş dəyərsizləşmiş aktivlərin olması və müəyyən dərəcədə yaxşılaşan, lakin hələ də zəif olan kapitallaşmanı əks etdirir. Eyni zamanda, dayanıqlıq reytinqinin yüksəldilməsi ilk növbədə bankın kredit qabiliyyəti və likvidliyinin yaxşılaşdığını əks etdirir. Qeyd edilir ki, bankın fərdi səhmdarları kapitala 9 mln. manat həcmində əlavə vəsait yönəldib və bu ayın sonuna kimi daha 5 mln. manatlıq hissə əlavə etmək niyyətindədirlər. Bundan sonra bank kapitalın yetərliliyi normativinə cavab verəcək, lakin kreditlərin dəyərsizləşməsini nəzərə alsaq, kapital hələ də kifayət qədər səviyyədə olmayacaq. Agentliyin məlumatına görə, 2012-ci ilin sonuna kimi vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 69%-ni təşkil edib ki, bunun 45%-i problemli və dəyərsizləşmiş, 24%-i isə yalnız problemli kredit kimi qiymətləndirilir.

 

Bununla yanaşı bildirilir ki, 2013-cü ilin I rübündə problemli kreditlərin 57 mln. manatını qaytarmaq mümkün olub və ilin sonuna kimi daha 25 mln. manatın qaytarılması nəzərdə tutulur. Bundan əlavə, Agentlik bankın likvidliyinin yaxşılaşdığını və sərbəst vəsait kimi təxminən 79 mln. manatın saxlandığını bəyan edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR