Bank Of Baku

«Meqa Sığorta» nizamnamə kapitalını artırır

«Meqa Sığorta» nizamnamə kapitalını artırır
# 15 may 2013 12:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)  «Meqa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edir.

 

Sözügedən qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 5% artaraq 10,5 mln. manata çatacaq.

 

Qeyd edək ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 2011-ci ilin oktyabr ayınadək «BE&G» sığorta adı ilə fəaliyyət göstərib. Şirkət 1998-ci ildən «Naxçıvan» sığorta brendi ilə yaradılıb və 2001-ci ildə şirkətin adı «BE&G»yə dəyişdirilib. Hazırda şirkətin nizamnamə kapitalı 10 mln. manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR