Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC könüllü həyat sığortası üzrə iri həcmli sığorta ödənişini həyata keçirib. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sığorta ödənişi həyatın müddətli sığortası növü üzrə «PAŞA Həyat Sığorta»da sığortalanmış şəxsin vəfatı ilə bağlı olub.
Bu sığorta hadisəsi nəticəsində 25 min manatlıq sığorta ödənişi sığortalının ailəsinə ödənilib.
«PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 11,264 mln. manat, ödənişləri isə 348 min manata yaxın olub. Cari ilin mayın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.