Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, həmin müqavilə üzrə lider anderrayter rolunda «Munich Re» çıxış edir.
«Munich Re» Azərbaycan bazarında ilk dəfə olaraq ümumi sığorta (non-life insurance) üzrə öz obliqator müqaviləsini imzalayıb. Qeyd edək ki, «Munich Re» illik təkrarsığorta haqqı həcminə görə qlobal sığorta bazarının və dünya təkrarsığorta bazarının lideridir (www.munichre.com/en/group/key_figures/default.aspx).
«Bu müqavilə daha etibarlı təkrarsığorta müdafiəsini, eləcə də «Paşa Sığorta»nın müştəri müraciətlərinə operativ qaydada cavab vermək imkanı yaradır», - deyə «Paşa Sığorta» ASC-nin İdarə Heyətinin üzvü və baş texniki direktoru Tural Əliyev qeyd edib.
«Paşa Holdinq»in tərkibində fəaliyyət göstərən «Paşa Sığorta» ASC korporativ və fərdi müştərilərə könüllü və icbari sığortanın 30 növü üzrə xidmət göstərir. Qeyd edək ki, 35,5 mln. manat nizamnamə kapitalı və 76 mln. manat cari aktivlərlə «Paşa Sığorta» kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycan sığorta və təkrarsığorta bazarının liderlər üçlüyündə mövqeyini gücləndirib.