Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il mayın 1-nə 230,1 mln. manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 33,1%, bu ilin əvvələ ilə müqayisədə isə 6% çoxdur.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə bildirilib ki, hesabat tarixinə bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 5,5%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 22,7% artaraq 170,2 mln. manat təşkil edib.
«Turanbank»ın məcmu kapitalı ilin əvvəlindən 18,2% artıb və hazırda 37,7 mln. manat təşkil edir. Bankın nizamnamə kapitalı yenidən kapitallaşma prosesi nəticəsində 35 mln. manata çatdırılıb ki, bu da ilin əvvəlinə nisbətən 16,7%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 47% çoxdur. Bankın nizamnamə kapitalınun strukturu ümumilikdə 27 səhmdar olmaqla, 5 hüquqi (20,81%) və 22 fiziki şəxsdən (79,19%) ibarətdir.
Bu ilin yanvar-aprel aylarında «Turanbank»ın gəlirləri 8,5 mln. manat, xərcləri isə 6,8 mln. manat təşkil edib.
Hazırda bankın 14 satış məntəqəsi (o cümlədən, 7-si regionlarda yerləşir) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.